Bu gün Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. 

 

"FİFA SERİES - 2026"

27 mart

19:00 Azərbaycan - Sent Lüsiya 
Hakimlər: Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (Gürcüstan)
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.