"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın cari mövsümün sonunda klubdan ayrılmaq qərarına münasibət bildirib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə "The Anfield Wrap" nəşrinə açıqlama verib:

 

"O, uzun müddət dünya futbolunun ən yaxşı üç hücumçusundan biri olub - ən çox qol vuranlardan biri. Bu, çox şey deyir.

Ümid edirəm ki, Salah "Liverpul"da son oyununu keçirəndə hər kəsin üzündə təbəssüm olacaq. Çünki onlar ən inanılmaz karyeraya sahib futbolçunun oyununu canlı izləyiblər". 

 

Qeyd edək ki, Salah 2017-ci ildə Kloppun dövründə "Liverpul"a qoşulub. Salah martın 24-də verdiyi açıqlamada mövsümün sonunda "Liverpul"dan gedəcəyini bildirib.