Bu gün DÇ-2026-nın pley-off mərhələsinin matçlarına start verilib. Sport24.az xəbər verir ki, Türkiyə millisi yarımfinalda Rumıniyanı sınağa çəkib.

 

Matç Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu qələbə ilə pley-off mərhələsinin finalına vəsiqə qazanan qardaş ölkə təmsilçisi bu mərhələdə Slovakiya - Kosovo duelindən üstün çıxan komanda ilə qarşılaşacaq. Əlavə edək ki, bu matçlar 1 oyundan ibarətdir.


DÇ-2026
Pley-off mərhələsi, yarımfinal

26 mart

21:00 Türkiyə – Rumıniya 1:0

Qol: F.Kadığoğlu, 53