DÇ-2026-nın seçmə mərhələsinin Rumıniya ilə pley-off matçından öncə Türkiyə millisinin heyətində dəyişiklik edilib. Sport24.az xəbər verir ki, 6 futbolçu heyətdən kənarlaşdırılıb.

 

Bu barədə "A Spor" televiziyası məlumat yayıb.


Muhammed Şengezer, Ahmetcan Kaplan, Merih Demiral, Zeki Çelik, Mustafa Eskihellaç ve Semih Kılıçsoyın adı matçın iştirak ərizəsinə daxil edilməyib.


Qeyd edək ki, Türkiyə - Rumıniya qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cütün qalibi finalda Slovakiya - Kosovo görüşündə üstün olan tərəflə üz-üzə gələcək.