Azərbaycan milli komandası "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, yığmamızın kapitanı Emin Mahmudov matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:


- Bizim 2026-cı ildə ilk oyunumuzdur. Çalışacağıq ki, yaxşı oyun göstərək. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik.


- Belə rəqiblərə qarşı oynamaq daha çətindir?

- Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun qalib gəlməliyik.