Argentina futbolunun əfsanəsi Qabriel Batistuta Dieqo Maradona Lionel Messi arasında müqayisə aparıb. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "AS" nəşrinə açıqlama verib:
"Lionel Messi 1000, Maradona isə 200 qol vurub. Messi sakitdir, amma Maradona əksinə...
Mənim üçün Maradona ən yaxşıdır. O, oynaya, hakimlər və rəqiblərlə mübarizə apara bilirdi. O, inanılmaz şeylər edirdi. Messi də bunu edə bilər, amma onda bu xarizma yoxdur".
Qeyd edək ki, dünya futbolunun əfsanəsi Dioqo maradona 2020-ci ilin noyabrında, 60 yaşında dünyasını dəyişib.