Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O"Nill, İtaliya ilə oyundan sonra həm hakim qərarlarına münasibət bildirib, həm də komandasının çıxışını yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, 56 yaşlı mütəxəssis oyunda mübahisəli epizodun olduğunu qeyd edib.
Onun sözlərinə görə, İtaliyanın cərimə meydançasında mümkün əl epizodu qeydə alınıb və bu vəziyyət yenidən nəzərdən keçirilməlidir.
Baş məşqçi gənc heyətin çıxışını da xüsusi qeyd edərək bildirib ki, komandanın gələcəyi ümidvericidir. Onun sözlərinə görə, futbolçular inkişaf edir və bu cür oyunlar onların təcrübə qazanması baxımından vacibdir.
Qeyd edək ki, Şimali İrlandiya səfərdə İtaliyaya 0:2 hesabı ilə məğlub olaraq Dünya çempionatının pley-off mərhələsində mübarizəni dayandırıb.