17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan yığmamız Bolqarıstanın Plovdiv şəhərində Litva ilə qarşılaşıb.
Qarşılaşmada qol səsi çıxmayıb.
Qeyd edək ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu U-17 qrupun ilk görüşündə Bolqarıstanla bərabərə qalıb - 1:1.
Qeyd edək ki, komanda martın 30-da Malta ilə üz-üzə gələcək.