Misli Premyer Liqasında cari mövsümdə XXXV tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.

 

"Simvolik yığma"

Qapıçı: Rəşad Əzizli ("Şamaxı")

Müdafiəçilər: Süleyman Əhmədov ("Sumqayıt") - Dmitrios Çantakias ("Zirə") - Şəhriyar Əliyev ("Turan Tovuz") - Ömər Buludov ("Neftçi")

Yarımmüdafiəçilər: Ayxan Hüseynov ("Turan Tovuz") - Ataa Caber ("Neftçi") - Səbuhi Abdullazadə ("Sumqayıt") - Ruslan Hacıyev ("Səbail") 

Hücumçular: Vüsal İsgəndərli ("Sumqayıt") - Qoba Zakpa ("Səbail")

 

Turun BAŞ MƏŞQÇİsi - Şahin Diniyev ("Səbail")

"Səbail" Premyer Liqada qalmaq uğruda vacib olan Tovuz səfərinddən əzmkar heç-heçəylə dönə bildi. Belə ki, 73-cü dəqiqəyədək hesabda 0:2 geridə olan "dənizçilər" onu 9-cu pillədə saxlayan 1 xalı qopara bildi. Bunda həlledici məqam baş məşqçi Şahin Diniyevin oyuna uğurlu əvəzetmələrlə müdaxiləsi oldu. Belə ki, təcrübəli mütəxəssis 81-ci dəqiqədə 3 futbolçunu birdən meydana buraxdı. Həmi trio oyunu gücləndirdi və onlardan biri olan Qoba Zakpa uzatma dəqiqələrində bərabərlik qoluna imza atdı, hətta son saniyələrdə komandasına qələbə də qazandıra bilərdi. 

 

Turun QƏHRƏMANı - Rəşad Əzizli ("Şamaxı")

"Qəbələ" Şamaxı səfərinə qələbə məqsədiylıə yollanaraq bunu qazanacağı halda, Konfrans Liqasına vəsiqəni sona 1 tur qalmış rəsmiləşdirəcəkdi. Amma xeyli qol imkanı olan qəbələlilərin 3 xal arzusunu "Şamaxı"nın qapıçısı Rəşad Əzizli "gözündə qoydu". Belə ki, təcrübəli qolkiper 90 dəqiqə inamlı çıxış edərək, gözəl reaksiyaları ilə həm rəqibini məyus etdi, həm də komandasına xal qazandırdı. 

 

Turun ANTİQƏHRƏMANı - Rahil Məmmədov ("Qarabağ")

"Qarabağ" "Sumqayıt"a evdə uduzmasında müdafiə xəttinin zəif çıxışının böyük təsiri oldu. Bu sırada Rahil Məmmədovu xüsusi "fərqləndirməliyik". Belə ki, mərkəz müdafiəçisi mövqe səhvlərinə yol verərək buraxdıqları sürətli əks-hücumlarda seyrçi mövqeyində çıxış etdi.

 

Turun KOMANDAsı - "Sumqayıt" 

"Sumqayıt" Premyer Liqanın autsayderlərindən olsa da, çempionu məğlub edə bildi. Özü də onun meydanında. Bununla da rəqibinin evdə 2 ildən artıq məğlubiyyətsiz oyunlar seriyasına son qoyaraq rekordunu qırmış oldu. "Gənclik şəhəri"nin təmsilçisi lideri gözəl hücumların nəticəsində cəzalandıraraq layiqli qələbə qazandı və Premyer Liqada qalmasını rəsmiləşdirdi. 

 

Turun SENSASİYAsı - ("Qarabağ" - "Sumqayıt" - 1:2)

Təbii ki, əsas sensasiya məhz görüşdə qeydə alındı. Ən azı ona görə ki, "Qarabağ" bu mövsümdə evdə uduzmamışdı və "Sumqayıt" da heç vaxt "Azərsun Arena"da qalib gəlməmişdi. 

 

Turun HAKİMi  - Kamran Əliyev ("Kəpəz" - "Neftçi" - 1:3)

Premyer Liqamızda debüt edən bu gənc hakim "siftə"sidə yaxşı idarəçilik etdi. Hər halda, bu komandaların Qəbələdəki qarşılaşması yetərincə gərgin alıdı və qonaqların əzmkar qələbəsi qeydə alındı. Veteran futbolçu, təcrübəli məşqçi Səttar Əliyevi oğlunu Premyer Liqaya da yolu açıldı.

 

Turun SİTATı - Murad Musayev ("Sabah")

Bu nominasiyada adıçəkilən rusiyalı mütəxəssis fərqləndi. Belə ki, Murad Musayev "Zirə"ylə ev matçından sonrakı mətbuat konfransında Madrid "Real"ından və onun ulduz futbolçularından söz açıb: "İstəyərdim ki, "Real" kimi olaq. Modriç və Benzemanı komandada görmək istəyərdim".