"Mövsümün ilk dövrəsində turnir cədvəlinə nəzər yetirəndə görürsən ki, iki məğlubiyyət var. Mövsümün əvvəlində indiki vəziyyəti hamı arzulayırdı. Bu uğurlu seriyanı sona qədər saxlamaq lazımdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin üzvü Yaşar Sultanov deyib.
O, mövsümün qərb təmsilçisinin mövsümün ikinci hissəsi üçün hədəflərindən də danışıb:
"Komandaya maksimum yuxarı pillələrdə qərarlaşmaq hədəfi qoyub. Məşqçi heyəti ilə görüşlərimizdə bu barədə söhbətimiz olub. Oyun keyfiyyətini davamlı olaraq artırmaq lazımdır. Klubda yerli futbolçular yetişir. Aşağı yaş qruplarında oynayan oyunçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək lazımdır.
Qeyd edək ki, aktivində 32 olan "Turan Tovuz" qış fasiləsinə 3-cü pillədə yollanıb.