Mövsümlərarası fasilədə "Turan Tovuz" ev oyunlarını keçirdiyi stadionun ot örtüyünü dəyişməyi planlaşdırsa da, hələ ki, yekun qərar yoxdur. Kluba yaxın mənbədən Sport24.az-a daxil olan bilgiyə əsasən, Qərb təmsilçisi yeni mövsümün əvvəlində ev oyunlarını keçirməyə arena tapa bilmir.
Mənbəmizin sözlərinə görə, klub rəhbərliyi Bakıdakı bəzi stadionlarla maraqlansa da, istədiyi müsbət cavabı ala bilməyib. Bu səbəbdən rəsmilər hazırda qərarsız vəziyyətdədir.
Qeyd edək ki, ötən mövsüm süni örtüklü Tovuz şəhər stadionundan yerli komanda ilə yanaşı, "Kəpəz" də yararlanıb.