Misli Premyer liqasının ikinci oyun gününə "Azersun Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, müvəqqəti olaraq Bakıda keçirən "Turan Tovuz" "Qəbələ"ni qonaq edir.

 

3 turdan sonra Tovuz təmsilçisinin aktivində 6 xal var. Və "boz qurdlar" liderlər qrupundan uzaq düşməmək üçün mövsümə heç də yaxşı başlamayan "qırmızı-qaralar"ı məyus yola salmalıdır. Kaxaber Tsxadadzenin yetirmələri isə Bakı səfərindən ən azı 1 xalla dönsə, bunu onların aktivinə yazmaq olar.

 

Qeyd edək ki, turun digər 2 matçı - "Şamaxı" - "Karvan-Yevlax" və "Neftçi" - "Sabah" qarşılaşmaları sabah keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, IV tur

19:00. "Turan Tovuz" - "Qəbələ"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Bakı. "Azersun Arena".