"Turan Tovuz" daha bir legioneri ilə vidalaşıb. Sport24.az xəbər verir ki, Tovuz təmsilçisi qış "transfer pəncərəsi"ndə heyətinə cəlb etdiyi Coş Cinnelli ilə yollarını ayırıb.
Yanvarda 28 yaşlı ingiltərəli hücumçu ilə 1,5+1 illik müqavilə imzalayan "boz qurdlar" qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Hücumçu bölgə təmsilçisinin heyətində 10 matçda meydana çıxıb və ümumilikdə 264 dəqiqə oynayıb. O, bu qarşılaşmalarda qol hesabını aça bilməyib.
Qeyd edək ki, Cinnellinin "Turan Tovuz"dan əvvəlki klubu Çempionşipdə çıxış edən "Suonsi" olub.