"Turan Tovuz" klubunda daha bir legioner futbolçu ilə bağlı qərar verilib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Avrokuboklara vəsiqəni böyük ölçüdə təmin edən "boz qurdlar" Mark Mampassini heyətdə saxlamaq niyyətindədir.
Qərb təmsilçisi Rusiyanın "Lokomotiv" klubundan icarəyə götürülən 23 yaşlı müdafiəçini birdəfəlik transfer etmək istəyir. Donetsk "Şaxtyor"unun (Ukrayna) yetirməsinin Moskva klubu ilə müqaviləsinin ilin sonunda başa çatması "Turan Tovuz"un işini bir az asanlaşdıracaq.
Baş məşqçi Kurban Berdıyev də oyunçunun performasından razıdır və onun komandada qalmasının tərəfdarıdır.
Qeyd edək ki, fevralın 20-də "Turan Tovuz"a keçən Mark Mampassi Misli Premyer Liqasında 7, ölkə kubokunda 3 matçda meydanda olub.