"Sabah"ın "Turan Tovuz"a icarəyə verdiyi Abdulla Rzayevi Premyer Liqanın başqa klubu da heyətinə qatmaq istəyib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Kəpəz" 23 yaşlı müdafiəçi üçün paytaxt təmsilçisi ilə danışıq da aparıb.

Lakin Rzayevin seçimi burada əsas rol oynayıb. O, Gəncə klubunda oynamaq istəməyib və "Turan Tovuz"a keçib.

Qeyd edək ki, Abdulla Rzayev 2023-cü ildə icarə əsasında "Kəpəz"in formasını geyinib.