"Difai"ni təhlil etmişdik. Keyfiyyətli yerli və legioner futbolçuları var. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqada mübarizə aparan "Şimal"ın kapitanı Tural Cəlilov deyib.

Təcrübəli futbolçu komandasının Birinci Liqanın 6-cı turunda "Difai"yə böyükhesabla məğlub olduqları matçla bağlı fikirlərini bölüşüb:


"Çətin durumdayıq. Məğlub olub, sonuncu pilləyə düşdük. "Difai" ilə matçda ilk qolu biz vurduq. Sonra qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu. Kadrlardan da görünür ki, orda penalti yoxdur. Hakim səhvləri artıb. "Mingəçevir"lə oyunda da belə olmuşdu. Belə olduqda istər-istəməz komanda həvəsdən düşür. Növbəti iki matç "Şahdağ Qusar"ladır. Bu gün kubokda üz-üzə gələcəyik, ardınca isə çempionatda. Bütün oyunlara ciddi hazırlaşırıq. İstəyirik xallar qazanaq və çempionatdakı yerimizi qoruyaq".

Qeyd edək ki, Birinci Liqanın 6-cı turunda "Difai"nin qonağı olan debütant "Şimal" 1:4 hesabı ilə məğlub olub