Misli Premyer Liqasının VIII turunun bir matçı bir dəqiqəlik sükutla başlayacaq. Bu, sentyabrın 30-da saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşüdü.

Bu haqda Sport24.az-a PFL-in idman-texniki direktoru Elgiz Abbasov məlumat verib. O, bunun Tovuzdan olan millət vəkili Qənirə Paşayevin xatirəsini yad etməklə bağlı olduğunu vurğulayıb. Belə ki, "Turan Tovuz"dan bununla bağlı PFL-ə rəsmi müraciət daxil olub və qurum daxilində müzakirədən sonta buna müsbət cavab verilib.

Xatırladaq ki, Paşayevanın futbola da bağlılığı olub. "Turan Tovuz"un fəal azarkeşi olan deputat Futbolun İnkişaf Fondunun iclaslarında iştirak edib. Qənirə xanım ötən axşam 48 yaşında vəfat edib 

 

MEHMAN SÜLEYMANOV