"Şəxsən özüm üçün mövsüm normal keçdi. Deyərdim ki, komanda üçün də qənaətbəxş oldu. "Turan Tovuz" yeni yaranmış komanda idi və hər şeyi sıfırdan başlamışdıq". Bu sözləri Sport24.az-a çıqlamasında "Turan Tovuz"un vitse-kapitanı Tərlan Quliyev deyib.

31 yaşlı müdafiəçi komandanın Premyer Liqada ilk mövsümündə inamlı çıxışında baş məşqçisinin rolunu qabardıb: "Ayxan Abbasovun əvəzinə başqası olsaydı, düşünmürəm ki, bu nəticələr olardı. Şükürlər olsun ki, Premyer Liqanı 6-cı pillədə qutardıq. Daha sonra sponsor da komandaya cəlb edildi və bəzi məsələlər öz yerini tapdı. Elə şeylər vardı ki, hamısı düzəldi. Kollektivimiz çox yaxşıdı. Burada tək bir nəfərin adını çəkmək düzgün deyil. Komanda şəklində uğurlu çıxış etdik. Mövsümün əvvəlində bir neçə variantım var idi. Amma çox sevinirəm ki, "Turan Tovuz"dayam". 

 

KAMAL RZA