Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sumqayıt”ın yay hazırlıq planına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi toplanışı əvvəlcə Vətəndə, ardınca isə Türkiyədə keçəcək.


Ayxan Abbasovun komandası hazırlıqlara Sumqayıtda bu ayın 17-dən start verəcək. Doğma şəhərdə 2 həftə məşq edəcək komanda bu müddət ərzində 1 yoxlama oyunu da keçirəcək. Tarixində ilk dəfə medal qazanan komanda iyunun 30-da ölkə Kubokunun yarımfinalında qalib gəldiyi “Qarabağ”la üz-üzə gələcək.


İyulun 2-dən etibarən isə “kimyaçılar” Ankara yaxınlığındakı Qızılcahamama üz tutacaqlar. Burda son mövsümün bürünc mükafatçısı 3 və ya 4 yoxlama oyununda qüvvəsini sınayacaq.