Misli Premyer Liqasının 24-cü turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Şamaxı"nı qonaq edir.
Hazırda aktivində 32 xal olan "kimyaçılar" turnir cədvəlinin 6-cı, "şirlər" isə 27 xalla 8-ci pilləsində qərarlaşıb. "Qara zolağa" düşən meydan sahibləri bugünkü oyuna dönüş nöqtəsi kimi baxır. Meydan sahibləri məhz bu görüşdə uğursuzluğa son qoymaq istəyir. Ancaq Ayxan Abbasovun komandasını "bərk qoz" olduğunu nəzərə alsaq, bu heç də asan olmayacaq.
Qeyd edək ki, turun digər matçları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
20:30. "Sumqayıt" - "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.