İran millisi birtərəfli qaydada DÇ-2026-da iştirakdan imtina etsə, FIFA-nın ciddi sanksiyaları ilə üzləşəcək. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.  

 

Mənbənin sözlərinə görə, İranın milli komandaları gələcəkdə FIFA-nın bayrağı altında keçirilən bütün yarışlarından kənarlaşdırıla bilər. Bu ölkənin futbol federasiyası isə minimum 275.000 , maksimum isə 555.000 avro cərimələnəcək. Məbləğ komandanın turnirdən çıxma tarixindən asılıdır. FIFA-nın İntizam Komitəsi İran komandasına xalların silinməsi də daxil olmaqla idman sanksiyaları tətbiq edə bilər.

 

Qeyd edək ki, İran yığması DÇ-2026-nın final mərhələsində Belçika, Misir və Yeni Zelandiyanın da yer aldığı G qrupuna mübarizə aparacaq. Komandanın hər üç oyununun ABŞ-da keçirilməsi planlaşdırılır.