"Arsenal" "RB Leypsiq"in mərkəz müdafiəçisi Kastello Lukeba ilə danışıqlara başlayıb. Sport24.az "L'Equipe" qəzetinə istinadən xəbər verir ki, fransız futbolçu üç mövsümdən sonra Almaniya klubundan ayrılmağa hazırlaşır.
Mənbənin sözlərinə görə, Almaniya klubu 23 yaşlı futbolçu üçün 60-70 milyon avro tələb edir. "Arsenal"ın skautları fevralın 21-də Bundesliqada Dortmund "Borussiya"sı ilə (2:2) oyunda Lukebanı canlı izləyiblər. Müdafiəçi karyerasını İngiltərə və ya İspaniya liqasında davam etdirmək istəyir.
Qeyd edək ki, Lukeba bu mövsüm bütün turnirlərdə 23 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.