"Netflix" braziliyalı futbolçu Ronaldinyonun karyerası haqqında sənədli serialın yayımlanacağını elan edib. Sport24.az xəbər verir ki, "Ronaldinho: The One and Only" mini-serialı üç bölümdən ibarət olacaq və aprelin 16-da yayımlanacaq.

 

"Netflix" həmçinin Braziliyanın 1994-cü il dünya çempionatındakı qələbəsi (7 may) və Braziliyada regional futbol (8 iyun) haqqında sənədli filmlər yayımlamağı planlaşdırır.

 

Qeyd edək ki, Ronaldinyo haqqında mini-serialın rejissoru əvvəllər qapıçı Rene Higuita və Braziliyanın DÇ-2002-də qələbəsi haqqında filmlər çəkən Luis Aradır.