Bazar günü Sumqayıt azarkeşləri Avropaya səs slamağı bacaran "Qarabağ"ı canlı seyr ermək imkanı qazanacaq. Bəs "bir şəhərin tək komandası"na fanatlar tərəfindən lazımi dəstək göstəriləcəkmi? Əldə etdiyimiz məlumata görə, hələ ki sumqayıtlılar bu görüşə bir o qədər də maraq göstərmir. Hazırda 8 minlik tutuma malik stadiona vur-tut 1500 bilet satılıb. Əcəba, niyə?

Turnir cədvəli? Bir daha qeyd etmək yerinə düşər ki, "kimyaçılar"ın rəqibi sıradan bir komanda deyil. Söhbət "Qarabağ"dan gedir! Sirr deyil ki, azarkeş komandanın ruhudu, 12-ci oyunçusudu. Bəzən ayaqlar sözə baxmayanda məhz azarkeşin dəstəyi oyunçuları mümkünsüzü hıyata küçirməyə sövq edir. Ancaq indiki halda gördüyümüz rəqəmlər stadionun boş qalacağından xəbər verir. Hərçənd, "Qarabağ" kimi rəqibi canlı izləmək, ona badalaq vurmaq yolunda pay sahibi olmaq özlüyündə hər bir azarkeş üçün stimul olmalıdı. Bura oyunun başlama saatının ideal olması (20:00), havanın əsl futbolluq olmasını da əlavə etmək yerinə düşər. 

Bəs niyə belə passivlik? Bu sualla "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik? Həmsöhbətmiz məsələnin obyektiv və subyektiv tərəflərinə toxundu:

"Hazırda satışa 4500 bilet çıxarılıb. Bütün biletləri çap etdirməyə hələlik lüzum görməmişik. Ancaq inanıram ki, buna zərurət yaranacaq. Tək Sumqayıtda deyil, bütün azarkeşlərdə bir növ arxayınlıq var. Bilet almaq məsələsini son ana saxlayırlar. Çox istərdik ki, oyunda anşlaq olsun. Kassalarımız sabah da, oyun günü də günorta saat 2-dən 8-dək açıq olacaq. Ancaq sizinlə də razılaşıram ki, belə matçda Simqayıt kimi futbol şəhərində artıq indidən bilet qıtlığı yaşanmalı idi. Ən azından satışa çıxardığımız 4500 bilet artıq sahiblərinin ciblərində olmalı idi. Lakin qarşıdakı 2 gündə məsələnin müsbətə doğru dəyişəcəyinə inanmım çoxdu. Fürsətdən istifsdə edərək, bütün azarkeşlərimizi staduona səsləyirəm".

Nə deyirik, təki elə olsun. Çünki belə bir matçın sönük tribunalar qarşısında keçməsini sumqayıtlı azarkeşlərə qəti yaraşdırmayacağıq.