Premyer Liqanın XIV turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Zirə” matçının hansı stadionda baş tutacağı məlum olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” “qartallar”ı “Kapital Bank Arena”da qəbul edəcək.

Bir neçə gün öncə mətbuatda Samir Abasovun çalışdırdığı komandanın lideri yeni istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qonaq edəcəyi xəbəri yayılmışdı. Ancaq kluba yaxın mənbələrdən redaksiyamıza daxil olan bilgiyə əsasən arenada müəyyən çatışmazlıqlar olduğundan Sumqayıtın eyniadlı təmsilçisi çempionat görüşünü əvvəlki stadionda keçirmək məcburiyyətindədi.

Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması noyabrın 26-da oynanılacaq. Matçın start fiti saat 18:00-da səslənəcək.
RƏŞAD QASIMOV