Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 22-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, oyunlardan biri Yevlaxda, digəri isə Mərdəkanda keçiriləcək.
Yevlaxda "Kəpəz" "Sumqayıt"ı qonaq edir. Hər iki komanda son 3 turda qələbə üzünə həsrət qalıb. "Kimyaçılar" avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsa, "sarı-göylər"in əsas məqsədi elitada yerini qorumaqdı.
Qeyd edək ki, oyunun start fiti saat 14:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XXII tur
14:30. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax. Şəhər stadionu.