Misli Premyer Liqasının 22-ci turunun ilk oyun gününə Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "Zirə"ni qəbul edir.

 

Turnir cədvəlində qonşu olan komandaların oyununa maraq böyükdür. Hazırda aktivində 35 xal olan "qartallar" turnir cədvəlində 4-cü, Naxçıvan təmsilçisi isə 33 xalla 5-ci pillədə qərarlaşıb. Son iki matçda qələbəyə sevinən nominal meydan sahibləri bu gün də qalibiyyət əldə edəcəyi təqdirdə Rəşad Sadıqovun komandası ilə mövqeyini dəyişəcək.   

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XXII tur

18:00. "Araz-Naxçıvan" - "Zirə"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov 
AFFA nümayəndəsi: Namiq Əliyev
Mərdəkan. "Liv Bona Dea Arena".