Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olacaq. Sport24.az xəbər verir ki, püşkatma mərasimi bu gün, saat 20:00-da Slovakiyanın paytaxtı Bratislavada start götürəcək.

 

Millimiz püşkatmada birinci səbətdə yer alacaq.

 

Avropa çempionatı

I səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan

II səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan

III səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya

IV səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq