Son günlər mətbuatda "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadənin Türkiyə klubunun maraq dairəsinə düşməsi ilə bağlı xəbərlər dolaşır. Yayılan xəbərlərə inansaq, Superliqa təmsilçisi "Bodrum" "kimayçılar"ın yetirməsini transfer etmək üçün hərəkətə keçib.

 

Məsələyə aydınlıq gətimək üçün "Sumqayıt"ın idman direktoru Faiq Hacı-Məhərrəmovun fikirlərini öyrəndik. Sport24.az-a açıqlama verən klub rəsmisi söylənilənləri təkzib etdi:

 

"Türkiyə klubu ötən qış Səbuhi ilə maraqlandırdı. Ancaq ortada real heç nə yoxdu. Mövsümlərarası fasilədə Abdullazadə ilə bağlı heç kim klubla əlaqə saxlamayıb".

 

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Sumqayıt"ın yetirməsidi. O, karyerası ərzində yalnız "kimyaçılar"ın formasını geyinib. Abdullazadə vaxtilə U-21-də cəlb olunub.