"İmişli" ilə matç bizim üçün çox vacib idi. Komandamız xarakter nümayiş etdirdi. Ən əsası isə istədiyimiz nəticəni əldə etməyimizdir". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Ronaldo Vaskes deyib.

Dominikanlı yarımmüdafiəçi komandasının Misli Premyer Liqasının 29-cu turunda "İmişli"yə qalib gəldiyi oyunu şərh edib:

"Zirə"yə keçidimlə bağlı heç nə deyə bilmərəm. Hazırda mövsümü mümkün qədər ən yaxşı şəkildə başa vurmağa diqqət yetirirəm. Mənim prioritetim komandaya kömək etmək və hər matçda əlimdən gələni etməkdir. Qalanı vaxtında həll olunacaq. Biz oyunçular gündəlik işimizə köklənməşik. Ardıcıl iki qələbə qazandıq və bu, qalibiyyətlər bizə özünəinam verir, amma futbolda çalışmağa davam etmək lazımdır. Hələ uzun bir yol var".

Qeyd edək ki, "İmişli" - "Sumqayıt" qarşılaşması meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.