Misli Premyer Liqasında I dövrəyə yekun vurulub. Komandalar artıq qış fasiləsinə yollanıb və bir neçə günlük istirahətin ardından hazırlıqlara başlayacaqlar.

"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Sport24.az-a açıqlamasında çempionatın geridə qalan hissəsini dəyərləndirib:


"Mövsüm başlamamışdan öncə yaxşı toplanış keçmişdik. Hədəfimiz Konfrans Liqasında mərhələ adlamaq idi. Təəssüf ki, məğlub olduq. Bundan sonra çempionata kökləndik. İlk 3 tur bizim üçün pis keçmədi. Sonra komandada dəyişiklik oldu. Hal-hazırda "Sumqayıt" 6-cı pillədə qərarlaşıb. İnanıram ki, qış fasiləsi bizim komandanın xeyrinə olacaq. Məqsədimiz yuxarı pillələrə qalxmaqdır".