Niderlandın PSV komandasının baş məşqçisi Peter Bosz "Qarabağ" klubunun UEFA Çempionlar Liqasındakı məğlubiyyətinə sevinib. Sport24.az Niderland mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bu barədə İspaniya təmsilçisi Atletiko"ya uduzduqları VI turun oyunundan sonra açıqlama verib.

Çalışdırıcı turnirdəki əsas rəqibləri barədə də danışıb:

"Ayaks"ın qələbə qazanmasına görə sevindim. Çünki onlar bizim əsas rəqiblərimizdən birini məğlub etdilər".

Qeyd edək ki, PSV 8 xalla 21-ci, "Qarabağ" 7 xalla 22-ci pillədə qərarlaşıb.