Bu gün "Sumqayıt" Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "kimyaçılar" "doğma divarlar" Macarıstan "Fehervar"ını qəbul edəcək.

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Oyunu Albaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

 

Qeyd edək ki, "Sumqayıt" Macarıstan klubunu mübarizədən kənarlaşdırsa, III mərhələdə "Omoniya" (Kipr) - "Torpedo" Kutaisi (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. "Gənclik şəhəri" təmsilçisi mərhələ adlayacağı təqdirdə ilk oyununu səfərdə keçirəcək.

 

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

25 iyul

20:00. "Sumqayıt" - "Fehervar" (Macarıstan) 1:2 (2-ci hissə)

Qollar: S.Abdullazadə, 20 - T. Kristensen, 38. A.Sonqvai,51

Qırmızı vərəqə: M.Xaçayev

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (hamısı Albaniya)

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

"Sumqayıt": 1. Mehdi Cənətov, 7. Rövlan Muradov, 14. Elvin Bədəlov (k), 17. Murad Xaçayev, 3. Slavişa Radoviç, 19. Roy Kehat, 8. Səbuhi Abdullazadə, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 9. Nikola Vuynoviç, 10. Rəhim Sadıxov

Baş məşqçi: Samir Abasov

"Fehervar": 22. Balaş Töth, 7. Szaboç Şön, 4. Csaba Spandler, 31. Nikola Serafimov, 8. Boqdan Melnik, 99. Milan Petö, 27. Bence Bedi, 14. Aron Sonqvai (k), 20. Tobias Kristensen, 77. Katona, 9. Nejc Qradisar

Baş məşqçi: Tomas Petö