Yaxın günlərdə "Sumqayıt"da daha bir ayrılıq yaşana bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın serbiyalı baş məşqçisi Saşa İliç legioner oyunçunun performansından narazıdır.
Söhbət Burundi millisinin də formasını geyinən Trezor Mossidən gedir. 2024-cü ilin qışında "gənclik şəhəri"nin təmsilçisi ilə 3 illik müqavilə bağlayan yarımmüdafiəçi etimadı doğrultmadığından İliç rəhbərlikdən onun yola salınmasını istəyib. Futbolçuya deyilib ki, özünə yeni klub tapsın.
Mənbəmizin sözlərinə əsasən, bu yay Mossiyə 2-3 xarici klubdan təklif gəlsə də, qəbul etməyib. Şərtlər futbolçunu və agentini qane etməyib.
Qeyd edək ki, Mossi cari mövsümdə "Sumqayıt"ın heyətində meydana çıxmayıb.