"Sumqayıt" komandası qış təlim məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Sport24.az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu komandanı daşıyan təyyarə səhər saatlarında sözügedən şəhərə eniş edib.

 

Qeyd edək ki, Yanvarın 3-dan 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "Sumqayıt" klubu bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Klub 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.