"Real"ın və PSJ-nin keçmiş müdafiəçisi Serxio Ramos "Paris"lə müqavilə bağlaya bilər. Sport24.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Ramosun "Nitsa" ilə danışıqları uğursuzluğa düçar olduqdan sonra "Paris" məşhur ispan müdafiəçi ilə maraqlanıb. 

 

Qeyd edək ki, 39 yaşlı Ramosun son klubu ötən ilin dekabrında ayrıldığı Meksikanın "Monterrey" klubu olub.