Ötən gün Afrika Millətlər Kubokunun 1/8 final mərhələsi çərçivəsində iki oyunu keçirilib. Sport24.az xəbər verir ki, Seneqal və Mali milliləri 1/4 finala vəsiqə qazanıb.

 

Seneqal - Sudan 3:1

Mali - Tunis 1:1 (penaltilərdə 3:2)

 

Bu oyunlardan sonra 1/4 finalın ilk cütü müəyyənləşib. Mali Seneqalla qarşılaşacaq.

 

Qeyd edək ki, Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda altı qrupa bölünmüş iyirmi dörd milli komanda iştirak edib. Turnirin qalibi yanvarın 18-də keçiriləcək həlledici matçda bəlli olacaq.