İtaliyalı hücumçu Cakomo Raspadori "Atletiko Madrid" klubunda qalmaq niyyətindədir və komandadan ayrılmağı planlaşdırmır. Sport24.az xəbər verir ki, məşhur insayder Canluka Di Marzionun məlumatına görə, Raspadori heç vaxt "Atletiko"dan getməyi düşünməyib və yalnız baş məşqçi Dieqo Simeonenin özü bunu istəsə, klubdan ayrılmağa razı olar. Lakin bu ssenari hazırda çox az ehtimal olunur.

 

Mənbə bildirir ki, futbolçu bu vaxta qədər "Roma" klubuna da öz qərarı barədə rəsmi məlumat verməyib.

 

Beləliklə, Raspadorinin gələcəyi ilə bağlı yayılan transfer söz-söhbətlərinə baxmayaraq, onun prioriteti Madrid klubunda qalmaqdır.