"Real"ın yarımmüdafiəçisi Cud Bellingem klub rəhbərliyindən həmyerlisi və "Kristal Pelas"ın futbolçusu Adam Uortonla müqavilə imzalamağı xahiş edib. Sport24.az xəbər verir ki, Bellingem 21 yaşlı futbolçunun komandaya gətiriləcəyi təqdirdə, özünün də müdafiə məsuliyyətlərindən azad olacağına inanır.

 

"Kristal Pelas" isə Uorton üçün 80 milyon avro tələb edir. Bu mövsüm ingilis bütün yarışlarda 24 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.

 

Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

 

İngiltərə millisinin üzvü 2022-2024-cü illərdə "Blekbern"in futbolçusu olub.