"Latsio"nun yarımmüdafiəçisi Matteo Qenduzi "Fənərbaxça"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, Türkiyə klubu 26 yaşlı yarımmüdafiəçinin transferi üçün 25 milyon avro məbləğində rəsmi təklif irəli sürüb.

 

Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. Daha 2 milyon avro bonuslar şəklində ödənilə bilər.

 

"Fənərbaxça" artıq futbolçu ilə əməkdaşlıq barədə razılığa gəlib.

 

Qeyd edək ki, cari mövsümdə A Seriyasında Qenduzi 14 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.