"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, Ağdam klubu hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən "Gloria Sports Arena"da keçiriləcək.

 

Komanda bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.

 

Toplanış çərçivəsində "Qarabağ" yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın "Zaqlebie Lubin" klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

 

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın "Ayntraxt" klubu ilə qarşılaşacaq.