"Turan Tovuz" klubunun futbolçusu Aleks Souza ilə yollarını ayıracağı gözlənilir. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

24 yaşlı hücumçu rəhbərliyə yaxşı təkliflər aldığını çatdırıb. Braziliyalə forvard bu səbəbdən komandada qalmaq istəmədiyini söyləyib.

Qərb təmsilçisi razılıq əldə olunsa, oyunçu ilə vidalaşacaq.

Qeyd edək ki, Aleks Souzanın "Turan Tovuz"la yayadək müqaviləsi var.