"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klubun transfer siyasətindən narazıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, baş məşqçi 3-4-3 sxemindən istifadə etmək istədiyini və bu taktikaya uyğun oyunçulara ehtiyacı olduğunu açıq şəkildə bildirib. Klub rəhbərliyi isə hələ onun istəyinə cavab verməyib.
Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın 20-ci turu çərçivəsində dünən "Lids"lə oyunda (1:1) xal itirib. Amorimin komandası hazırda 31 xalla turnir cədvəlində altıncı yerdədir.