"Bildiyiniz kimi, Sənan Muradlını "Sumqayıt"a geri göndərdik. Başqa futbolçu ilə yollarımızı ayırmaq planımızda yoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Təcrübəli mütəxəssis qış fasiləsində komandasının transfer məsələlərinin gündəmdə olmadığını bildirib:

"Yalnız gənc futbolçulardan daimi oynamaq istədiyi klub çıxarsa, başqa məsələ. Qış fasiləsində transfer gündəmdə deyil. Bəlli büdcəmiz var, ona uyğun komanda qurmuşuq. Dediyim kimi, hansısa futbolçu gedərsə, büdcəmiz də imkan verərsə, transfer edə bilərik. Hazırda bu haqda fikirləşmirik. Klubun büdcəsi buna imkan vermir". 

Abbasov hazırlıq prosesi çərçivəsində komandanın qarşılaşacağı iki rəqibinin adını açıqlayıb:

"Yoldaşıq görüşlərindəki iki rəqinimiz bəllidir. Yanvarın 11-i "Sabah"a, 17-si isə U-21 ilə yoxlama görüşlərimiz olacaq".

Qeyd edək ki, 16 turdan sonra aktivində 20 xal olan bölgə təmsilçisi fasiləyə 7-ci pillədə yollanıb.