"Sumqayıt"ın mövsümün sonunda vidalaşacağı daha bir futbolçu müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik Rövlan Muradovun xidmətində maraqlı deyil.

 

Klubun başbilənləri iyunda müqaviləsinin müddəti başa çatan Muradovla yeni anlaşma imzalamaq fikrində deyil. 

 

Qeyd edək ki, Rövlan 2023-cü ilin yayından "kimyaçılar"ın formasını geyinir. 27 yaşlı futbolçu cari mövsümdə ümumilikdə 31 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.