Haiti millisinin baş məşqçisi Stefan Minye Azərbaycana qalib gəldikləri yoldaşlıq oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Komandamın oyunundan razı qaldım. Çətin oyun olacağını gözləyirdik. Ardıcıl 9-cu qələbəni qazandıq. Bu, tarixdə ilkdir. Həm də Avropada birinci qələbəni əldə etdik. Yaxşı komandaya qarşı oynadıq. 3:0 və qələbə.

 

- Azərbaycan yığmasında Avropa komandasına xas hansı xüsusiyyətlər gördünüz?

- Atmosfer fərqli idi. Stadionu da qeyd etmək istərdim. Bu atmosferdə komandamın necə oynayacağını gözləyirdim. Oyunçular gözləntilərimi qarşıladı.

 

- Uzaq Haitidən gəlmisiniz. Başqa rəqib tapmamışdız oynamağa?

- FIFA pəncərəsi ilə bağlıdır. KONKAKAF turnirinə vəsiqə qazanmışıq. 5 komanda ilə oynamaq şansımız var idi. İsveçrə, Azərbaycan, İrlandiya və daha 2 rəqib. Azərbaycana müraciət etdik və müsbət cavab aldıq. Hər şey yaxşı idi.

 

- Azərbaycan millisində ən zəif tərəf nə idi və ona görə hazırlaşmışdınız... 

- Rəqibi təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Öz komandama köklənirəm. Pressinq tətbiq edə bildik. Hücuma çıxanda da yaxşı müdafiə olunduq.

 

Nuh Tarverdiyev