Milli komandamızın UEFA Millətlər Liqasında son 2 oyundakı qələbələri üçün qazandığı mükafat bəllidi. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, hər oyunda hər futbolçuya deyildiyi kimi, 30 min deyil, 10 min manat təşkil edir. 

Özü də məbləğin belə olması komandaya matçlardan əvvəl elan olunub. Yəni, görüşdən sonra açıqlanmayıb ki, bu qədər mükafat alacaqsınız. Məbləğ əvvəlkindən azaldılsa da, bu, futbolçuların motivasiyasına mənfi təsir göstərib və onlar komanda olaraq meydanda 90 dəqiqə yaxşı mübarizə aparıb.

Xatırladaq ki, millimiz son 3 görüşdə qələbələri sıralayıb. İyunda Millətlər Liqasında Belarusu "Dalğa Arena"da 2:0 yenmişik, sentyabr oyunlarında isə Slovakiyanı səfərdə  2:1, Qazaxıstanı həmin Mərdəkanda böyükhesabla - 3:0 məğlub etmişik. Bununla da Azərbaycan yığması 30 illik tarixində ilk dəfə ardıcıl 3 rəsmi matçda qələbə qazanıb.