Bu gün Misli Premyer Liqasında XXVI turun daha iki qarşılaşması baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk oyunu Şamaxıda keçiriləcək.
Bölgənin eyniadlı komandası "Sabah"ı qəbul edir. Bu görüş meydan sahibləri üçün daha əhəmiyyətlidir. Təhlükəli zonadan o qədər də uzaq olmayan "şirlər" vəziyyətlərini bir qədər də düzəltmək üçün xal ehtiyatını artırmağı hədəfləyib. Vasili Berezutskinin "bayquşlar"ı isə ikinci dövrədəki yenilginin əvəzini çıxmaq, 4-cü pillədəki "Turan Tovuz"la aralarındakı xal fərqini azaltmağa çalışacaq.
Qeyd edək ki, matçın start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
15:00. "Şamaxı" - "Sabah" 1:0
Qol: Edqar Adilxanov, 30
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
"Şamaxı": 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 14. Vüsal Məsimov 5. Arsen Ağcabəyov 23. Murad Vəliyev 18. Cəlal Hüseynov 19. Fəxri Məmmədli 33. Alfons Msanqa
"Sabah": 92. Stas Pokatilov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 7. Boyan Letiç 4. Sofian Çakla 70. Cesse Sekidika (k) 3. Con İrasabal 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 15. Seymur Məmmədov 32. Elgün Dünyamalıyev 18. Pavol Safranko 40. İqor Noqeyra 12. Vinsent Till 99. Neqoş Kupusoviç