Bu gün Azərbaycan kubokunda I təsnifat mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. 

Binə qəsəbə stadionunda "Şəfa" "Şəmkir"i qəbul edib. Görüşün əsas və əlavə olunmuş vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Şəfa" 5:3 hesabı ilə qalib gəlib.

20 noyabr 
“Şəfa” - “Şəmkir”  1:1 (penaltilər seriyası - 5:3)
Qollar: Sahib Cümşüdov, 26-pen. (1:0) Elgün Namazov, 58 (1:1)
Qırmızı vərəqə: Elcan Rəhimov, 75 ("Şəmkir")

19 noyabr 
14:00. “Ağdaş” – “Cəbrayıl” - 0:2
14:00. “Şəki Siti” – “Kür-Araz” - 1:2
14:30. “Bakı Sportinq” – “Kürmük Qax” - 6:0

18 noyabr 
13:00. “Füzuli” – “Lerik” - 0:1
13:00. “Qusar” – “Şahdağ Qusar” - 0:0 (penaltilər seriyası - 4:5)
14:30. “Göygöl” – “Dinamo” - 2:1

Azərbaycan kuboku, II təsnifat mərhələsinin cütlükləri
"Şəfa" - “Səbail”
“Zaqatala” - “Şamaxı”
“Turan Tovuz” - "Göygöl"
“Araz-Saatlı” - “İrəvan”
"Kür-Araz" - “Araz-Naxçıvan”
“İmişli” - “Mingəçevir”
"Lerik" - “Sumqayıt”
“Karvan” - “Difai Ağsu”
"Şahdağ Qusar" - “Qaradağ Lökbatan”
“Kəpəz” - “Baku Sportinq”
MOİK - "Cəbrayıl"
II təsnifat mərhələsinin qarşılaşmaları 18-20 noyabr aralığında keçiriləcək