"Ferentsvaroş"un və Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkov Donetsk "Şaxtyor"una keçib. Sport24.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzalanılıb. 

Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.

Qeyd edək ki, "Ferentvaroş" III təsnifat mərhələsində "Qarabağ"a rəqib olaraq Bakıda 1:1 oynayıb. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtı Budapeştdəki "Groupama Arena"da keçiriləcək.